Haqqımızda
1996-2005-ci illərdə UFO DESING LTD Türkiyədə təsis edilib və fəaliyyət göstərib, 2005-ci ildən isə Azərbaycanda fəaliyyətini davam etdirir.
Şirkətin portfelinə yaşayış, ticarət, sənaye, eləcə də sosial və mədəni obyektlər daxildir.
Biz fərdi yaşayış evlərinin, sənaye obyektlərinin layihələndirilməsi, tikintisi, təmiri üzrə ixtisaslaşaraq, həmçinin öz dizaynımıza və sifarişçinin istəyinə uyğun olaraq mebel və işıqlandırmanın dizayn verilməsi və istehsalını həyata keçirik. Biz müştərilərə arzularını reallaşdırmağa kömək edirik.
Təmir və tikinti şirkəti olaraq biz etibarlı və hörmət qazana bilmişik.
Xidmətlərimiz
Layihələrdən tutmuş son toxunuşlara qədər peşəkar komandamız fərdi ehtiyaclarınıza cavab verən gözəl məkan yaratmaq üçün təmir prosesində sizə köməklik edəcək. Ən son texnologiyadan istifadə edərək, UFO DESIGN LTD sizə layihənizin həyata keçirilməzdən əvvəl necə görünəcəyini göstərə bilər ki, bu da dəyişiklikləri minimuma endirir və layihənizi qrafikə və büdcəyə uyğun saxlayır.
Məqsəd
UFO DESIGN LTD-nin missiyası keyfiyyətli iş və müştərilərimizə sadiqlik vasitəsilə yenidənqurma xidmətləri və dizaynda ən yaxşı dəyəri təmin etməkdir.